Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KRIM KÖRPÜSÜ ERMƏNİLƏRİN ƏLİ İLƏ PARTLADILIB –Artıq həbs ediliblər

Yenixeber.org: Partlayıcı ilə dolu yük maşınını qəbul edib, göndərməkdə şübhəli bilinən şəxslər “Agro Business” şirkətinin əslən Ermənistanın Armavir rayonundan olan təsisçiləri - Samvel Azatyan, onun oğulları Georgi Azatyan və Artem Azatyan, həmçinin həmin şirkətdə fəhlə işləyən Yuri Postnikov artıq həbs ediliblər.

Vorovskogo küçəsində yerləşən şirkətin soya emalıyla məşğul olduğu, MMC-nin Georgi Azatyan və onun atası Samvelə məxsus olduğu vurğulanır. Ailənin kiçik oğlu Artyom isə hüquqşünasdır. O, məlum hadisələrdən bir neçə gün öncə atasına zəng edərək, ondan dostuna məxsus yükü daşımağı xahiş edib.

Georgi Azatyanın sözlərinə görə, atası bu barədə ona məlumat verməyib və o, yük maşını anbara daxil olarkən, bundan xəbardar olub

“Mahir Yusubovun idarə etdiyi yük maşını anbara daxil olarkən, hadisədən xəbardar oldum. Əvvəlcədən aramızda heç bir şəxsi tanışlıq olmayıb. Yük maşınında heç bir yoxlama aparılmayıb sadəcə dövlət nömrə nişanına baxdıq”- deyə, Georgi bildirib.

Georginin iştirakı ilə yükləməni şirkətdə çalışan Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək həyata keçirib.

Artıq oktyabrın 8-də Rusiya xüsusi xidmət orqanları anbara baxış keçirib və təqsirləndirilən şəxslər dindirilib. Yurinin əlcəkləir və işçilərin telefonları müsadirə edilib. Oktyabrın 9-da istintaq çərçivəsində hamısı Simferopola aparılıb. Artyom Azatyanından oarada saxlıanldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub və körpünün bir hissəsi uçub. Rusiya tərəfəi hadisəni Ukrayna xüsusi xidmət orqanları tərəfdindən həyata keçirilən terror aktı adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam