Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya ordusu Zaporojye AES-i vurdu -Sonuncu elektrik xətti də sıradan çıxarıldı...

Yenixeber.org:  Zədələnmənin səbəbi gecəboyu açılan artilleriya atəşidir. Hazırda atom elektrik stansiyası dizel generatorları sayəsində işləyir.

Ukrayna tərəfi Rusiya qoşunlarını AES-i atəşə tutmaqda ittiham edib və bildirib ki, generatorların bu rejimdə işləməsi üçün yanacaq ehtiyatı 10 günə kifayət edəcək.

"Bütün xətlərin atəşə tutulması və zədələnməsi fonunda enerji bloklarının işə salınması planları real deyil", - məlumatda qeyd olunur.

Zaporojye vilayətinin işğal administrasiyasının nümayəndəsi Vladimir Roqov bildirib ki, Ukrayna nüvə enerji bloklarının işə salınmasının qarşısını almaq üçün qəsdən sonuncu elektrik xəttini kəsib və Enerqodardakı istilik elektrik stansiyasına hücum edir.

Xatırladaq ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Rusiya qoşunları stansiyanı 2022-ci ilin martında Ukraynanın işğalı başlayandan qısa müddət sonra ələ keçirib. O vaxtdan bəri Kiyev və Moskva bir-birini dəfələrlə Zaporojye AES yaxınlığındakı əraziləri atəşə tutmaqda ittiham edib.

Sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası AES-də olub və hesabat hazırlayıb. Müfəttişlər işlənmiş və təzə nüvə yanacağı üçün saxlama anbarları da daxil olmaqla stansiyada bir sıra zədələri qeydə alıblar. Ekspertlər vurğulayıblar ki, stansiya ətrafında “təhlükəsizlik zonası” yaratmaq lazımdır.

Stansiya ətrafındakı zonanın demilitarizasiyası ideyasını Ukrayna, Avropa İttifaqı və ABŞ nümayəndələri bölüşür. Rusiya bu təklifə qarşı çıxır.



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam