Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Yayılan videolardan bəziləri saxtadır" -Baş prokuror


"Bəzi ölkələr və onların buradakı səfirlikləri sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı birtərəfli mövqe tutur və bu da bizi narahat edir".

Yenixeber.org: Bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prosesə müdaxilə ikili standartlardan xəbər verir: "Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir".

Baş prokuror bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur: "Təbii ki, bu kimi hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır. Hətta bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq. Azərbaycan hökumətinə vaxtından əvvəl panika şəklində təsir göstərmək yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam