Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prokuror MTN generalına cəza istəyib

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun 12 il, və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun hər birinin isə 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Yenixeber.org: Bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Bundan başqa, dövlət ittihamçısı MTN-in digər keçmiş əməkdaşı Elman Tahirovun barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunmalıdır.

Həmçinin dövlət ittihamçısı çıxışında N.Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.

Qeyd edək ki, N.Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.

N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam