Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzulili şagirdlər qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər

 

 

 

"Xeberinfo.com":   Təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra problemlərin həlli, ilk növbədə, bu sahənin inkişafından keçir. Respublikamızda təhsilin inkişafı hər zaman diqqət mərkəzində olub, bu sahənin tərəqqisinə daima önəm verilib.  

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlər təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. Cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır. Son 4 il ərzində isə Füzuli rayonunun orta ümumtəhsil məktəblərinin məzunları qəbul imtahanlarında daha da yüksək nəticələr əldə etmişlər.

Əgər 2011-2012-ci qəbul ilində rayondan 130 nəfər ali məktəbə qəbul olunmuşdusa, 2012-2013-cü ildə bu rəqəm 142 nəfər, 2013-2014-cü ildə 196 nəfər, 2014-2015-ci ildə 231 nəfər, 2015-2016-cı qəbul ilində isə 266 nəfər olmuşdur. O cümlədən 17 şagir Ali Hərbi məktəb və hərbi liseyə, 11 şagird Bədən Tərbiyəsi və İdman Akademiyasına, 7 şagird isə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşlar.

İllər üzrə ali məktəblərə daxil olanların sayında artım olduğu kimi yüksək bal toplayanların sayı da ilbəil artmaqdadır. Belə ki, əgər 2014-2015-ci qəbul ilində 23 şagird 500, bunlardan 6 şagird 600 baldan yuxarı nəticə göstərmişdisə, bu il ali məktəblərə sənəd verənlərin 43 nəfəri 500, 12 şagird isə 600 bal toplayaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanmışlar.

Rayonun ümumtəhsil müəssisələrinin hər birindən ali mətəbə şagird qəbul olunmuşdur. Ən yüksək nəticəni isə düşmən səngərinin bir neçə yüz metrliyində olan Şükürbəyli kənd orta məktəbi və məcburi köçkünlərin sıx məskunlaşdıqları Qayıdış qəsəbələrinin məktəbləri göstərmişdir.  





















  


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam