Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vatsapda lotoreya keçirmək adı altından minlərlə insanı aldadan dələduzlar həbs ediliblər

 

Son aylar vatsap ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.

Yenixeber.org: DİN-dən verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vatsap qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.

Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam