ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək.
Yenixeber.org: Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.
O qeyd edib ki, Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.
Bildirilib ki, Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq. Eyni zamanda, o, birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək.









AZ
RU