Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan baş verən 6 yanğın hadisəsinin qəsdən törədildiyi aşkarlanıb

Qəsdən yanğın hadisəsi törədən şəxslərə qarşı ciddi müabarizə aparılır.

Yenixeber.org: Bunu Dövlət Yanğın Nəzarəti Xidmətinin, dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ötən dövrü ərzində aparılmış məqsədyönlü araşdırmalar zamanı 6 ünvanda ərazilərin qəsdən yandırılması faktları aşkar edilib.

"Bu ərazilər, həyətyanı və açıq sahələrə, meşəətrafı yaşayış məntəqələrinin ərazilərinə və əkin sahələrinə təsadüf edib. Bildirmək istəyirəm ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyinin xüsusi tapşırığı əsasında Xidmətin əməkdaşları tərəfindən miqyasından asılı olmayaraq baş vermiş bütün yanğın hadislərinin səbəblərinin araşdırılması, günahkar şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli addımlar atılır. Qəsdən yanğın hadisəsi törədən şəxslərə qarşı ciddi müabarizə aparılır. Onlar barəsində kəskin tədbirlər görülür".

Şöbə rəisi bildirib ki, vətəndaşlara müxtəlif məqsədlərlə açıq sahələrin, həyatyanı ərazilərin, əkin sahələrinin, meşələrin qəsdən yandırılması hallarına son verilməsi və ətraf mühitin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri üçün çağırış edirik.

"Bildiririk ki, əks təqdirdə onlar barəsində təxirəsalınmaz hüquqi tədbirlər görüləcəkdir. Yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə əsasən inzibati və cinayət məsuliyyəti yaradır", - daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam