Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ANAMA sahə əməkdaşlarına təlim keçib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssiləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı Sursatların Məhvedilməsi” təlimi keçirilib.

Yenixeber.org: ANAMA-dan verilən məlumata görə, üç həftədən ibarət təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.

Nəzəri təlimləri əhatə edən iki həftəlik dərslər Agentliyin Göygöl Regional Mərkəzində, qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarından ibarət praktiki dərslər isə Horadiz Regional Mərkəzində keçirilib.

Müəyyən olunan qiymətləndirmə meyarları üzrə əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurub, “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə sertifikat əldə edib. Növbəti addım olaraq, əməkdaşlar partlayış qruplarının tərkibinə təhkim edilərək, əməliyyat zamanı aşkar edilən mina və partlamamış hərbi sursatların keçirilən EOD-1 səviyyəsinə uyğun olaraq tək-tək partlayış yolu ilə zərərsizləşdiriləməsini həyata keçirəcək.

Qeyd edək ki, ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi kadr potensialının gücləndirilməsində, eləcə də Qarabağda aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam