Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Drift” edərkən rəzil duruma düşən ermənilərdən növbəti “şou”:Rəqib tankını vurdular

 

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022”də yekəxanalıq edərkən rəzil duruma düşən erməni tankçıların növbəti rüsvayçılığının görüntüləri yayılıb.

Yenixeber.org: Belə ki, yayılan görüntülərdə erməni hərbçilərin idarə etdiyi tank yarışlarda iştirak edən Laos komandasının tankını vurub. Erməni hərbçilərin “peşəkarlığı” nəticəsində hər iki tankda deformasiya yaranması müşahidə olunur.

***

Ermənistan ordusunun qalıqlarının “əzələ nümayişi” onlara baha başa gəlib.

Belə ki, Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər.

Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə “drift” etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz “bacarıq” və “qabiliyyət”lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub.

Bu işdə erməni hərbçilərin “peşəkarlığı” böyük rol oynayıb. Sözsüz ki, ortaya çıxan mənzərə kapitulyant ordunun texnikasının sınıq-salxaq vəziyyətini də ortaya qoyub.

Yekəxanalıq eşqinə düşən erməni hərbçilər tankın “drift” etdiyi yerdə dayanıb hərəkətsiz qalması ilə biabır olublar. Bundan sonra isə “şoumen tankçılar” kömək çağırmalı olublar.

Tankla “drift” şou nümayiş etdirə biləcəklərinə inanacaq qədər “sadəlövh” olan erməni hərbçilər yekunda öz tanklarını meydandan digər bir texnikanın köməyi ilə dartıb çıxarmalı olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam