Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşlədiyi şirkətdən pul mənimsədi -izi itirmək üçün polisə yalan məlumat verdi

 

İşlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, avqustun 18-də Sabirabad rayon sakini Nicat Ağayev İmişli Rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən qırılması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin vətəndaşın özü tərəfindən törədilməsi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, şirkətlərin birində satış təmsilçisi kimi çalışan N.Ağayev satışdan əldə olunan 4137 manat pulu mənimsəyib. Daha sonra isə izi itirmək üçün avtomobilin yan şüşəsini daşla qıraraq, nəqliyyat vasitəsindən şirkətə məxsus 4370 manat, eləcə də özünün 120 manat pulunun, mobil telefonunun və avtomobilin müvafiq sənədlərinin oğurlanması səhnəsi yaradıb və bu barədə polisə məlumat verib.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 1454 manat pul, eləcə də oğurlanması barədə məlumat verdiyi mobil telefon və digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı N.Ağayev barəsində İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam