Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DAHA BİR GÖMRÜK POLKOVNİKİ İŞDƏN AYRILDI -"Bu gün əmrim çıxdı..."

Yenixeber.org: Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən getdiyini bildirib: “23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək: “İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.

Lakin F.Ələsgərli Bakupost.az -la əlaqə saxlayaraq iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi: "Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam". (Bakupost.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam