Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İyun-iyul ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar -Şirvan şəhəri

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 77 nəfər saxlanılıb. Həmin şəxslərdən 52-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 36-ı barəsində məhkəmə tərəfindən həbs, 16-ı haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Yenixeber.org: Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9, vətəndaşlara qarşı dələduzluq edən, saxta pul dövriyyəsində şübhəli bilinən, hədə-qorxu ilə pul tələb etmə cinayətləri edən 3 və qanunsuz olaraq odlu silah saxlayan 4 nəfər  tutularaq  cinayət məsuliyyətinə cəlb olunub.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə ötən illərdən bağlı qalmış 3 oğurluq hadisəsinin üstü də açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam