Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BQXK ANAMA-ya 500 ədəd mina xəbərdarlıq nişanı verib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin nişanlanması üçün 500 ədəd mina xəbərdarlıq nişanı verib.

Yenixeber.org:  Bu barədə BQXK-dan məlumat verilib.

Qeyd olunub ki, döyüşlərin sona çatmasına baxmayaraq Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə mina və partlamamış sursatlarla çirklənmiş ərazilər qalmaqdadır. Belə ərazilərdə xüsusi xəbərdarlıq nişanlarının olmaması yaxınlıqda yaşayan insanlar və ətraf rayonlardan gələn qonaqlar üçün çox böyük çətinliklər yaradır.

“Mütəxəssis olmayan şəxslər üçün mina və ya partlamamış sursatlarla çirklənmiş əraziləri tanımaq heç də hər zaman mümkün deyil. Buna görə də təhlükəli zonaya daxil olma haqda insanları xəbərdar etmək, zərər çəkən şəxslərin sayını azaltmaq, insanların həyatlarını xilas etmək üçün çirklənmiş ərazilərdə xəbərdarlıq nişanlarının olması çox vacibdir. Lakin, xəbərdarlıq nişanlarının quraşdırılması risklərin azaldırlması istiqamətində görülən işlərdən yalnızca biridir. Ən önəmli məsələ insanların bu nişanlara diqqətlə yanaşmasıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, müəyyən ərazilərdə xəbərdarlıq nişanlarının olmaması, heç də həmin ərazilərin təhlükəsiz olması anlamına gəlmir” - BQXK-nın Silahlarla Çirklənmiş Ərazilərlə İş üzrə Proqramının koordinatoru Bişnu Mahat deyib.

Xəbərdarlıq nişanlarının verilməsi BQXK-nın Azərbaycanda həyata keçirdiyi Risklər və Təhlükəsiz Davranış Proqramının bir hissəsidir. Proqramın məqsədi ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə mina və partlamamış sursatların təhlükəsi haqqında insanlar arasında maarifləndirilmənin aparılmasıdır. Həmçinin, qeyd edilən proqramda müxtəlif fəaliyyətlər həyata keçirilir. Bura müxtəlif əmək fəaliyyətləri ilə məşğul olan şəxslərlə, o cümlədən, çobanlarla, tikinti və sosial sahənin işçiləri, müəllimlərlə aparılan risklər haqqında maarifləndirmə sessiyaları, yerli icmalarda sakinlərin evlərində həyata keçirilən sessiyalar, uşaqlarla məktəblərdə keçirilən fəaliyyətlər və interaktiv teatr səhnəcikləri, texniki işçilər üçün təlimlər və mina qurbanları üçün dəstək daxildir.

İl başlayandan etibarən həyata keçirilən maarifləndirmə sessiyaları Azərbaycanda 5337-dən çox insanı əhatə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam