Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

  Səfər Mehdiyevin general sinif yoldaşı saxlanılıb(?) -FOTO

                Səfər Mehdiyevin sinif yoldaşı, general mayor Məsum Rəsulovun həbs olunduğu deyilir...
Yenixeber.org: Səfər Mehdiyevin ən yaxın adamı, sinif yoldaşı əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulovun keçirilən xüsusi əməliyyat nəticəsində saxlanıldığı deyilir.
Bu barədə məlumatı tanınmış jurnalist, "Meydan Tv”nin rəhbəri Həbib Müntəzir öz "Teleqram” kanalında yayıb.

""Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən komitə sədri Səfər Mehdiyevin ən yaxın adamı, sinif yoldaşı əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulovun keçirilən xüsusi əməliyyat nəticəsində saxlanıldığı deyilir. Növbə nehrəmli generallara da çatarmış”, deyə Həbib Müntəzir yazıb.
Güman edilir ki, onun saxlanılmasına səbəb Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovla bağlı aparılan istintaqın nəticələrinə görədir. 
Qeyd edək ki, Rəsulov Məsum Eynalı oğlu 26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunmuşdur. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olmuşdur.
9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlamışdır.
29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və hal-hazırda Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir. Dörd övladı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam