Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mənim xəbərim olmayıb" -İcra başçısı qazinin yasına getdi

"Mənim xəbərim olmayıb" -    İcra başçısı qazinin yasına getdi
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov intihar edən qazi Elvin Cəfərovun yas mərasimində iştirak edib.
Yenixeber.org: Bununla bağlı sosial şəbəkələrdə videokadrlar paylaşılıb.

İnternet TV-lərə açıqlama verən Siraqəddin Cabbarov qazinin intiharı ilə bağlı İcra Hakimiyyətinə yönələn ittihamları qəbul etməyib.



İcra başçısı deyib ki, mərhum Elvin Cəfərovu dəfələrlə qəbul edib və onun tələbləri yerinə yetirilib.

“Son hallardan isə mənim ümumiyyətllə xəbərim olmayıb. İstər icra nümayəndəliyi, istər bələdiyyə tərəfindən nə tələbi olub, hamısı imkan daxilində həyata keçirilib. Daim qayğıda olan qazilərdən biri də Elvin Cəfərov olub”, - icra başçısı deyib.

Qazinin intihar hadisəsinin hüquq-mühafizə orqanları tərəfindən araşdırlıdığını deyən başçı jurnalistləri məsələni siyasiləşdirməməyə çağırıb.

Qeyd edək ki, Vətən müharibəsinin qazisi, 3-cü qrup əlil Elvin Cəfərov iyulun 10-da özünü yandırıb. Bu addımı atmazdan öncə o, internet TV-lərə verdiyi açıqlamada Sabirabad rayon İcra Hakimiyyətini laqeydlikdə ittiham edib, icra başçısının qəbulunu düşə bilmədiyini vurğulayıb.

35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Mərhum Elvin Cəfərovun 2 azyaşlı övladı qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam