Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirəcək

 

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirkətinə Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirməyə icazələr verib.

Yenixeber.org: Rusiyanın “Azimut” şirkəti Moskvadan Lənkəran və Qəbələyə uçuşlar həyata keçirməyə planlaşdıracaq.

Bundan başqa, bu aviaşirkət Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar həyata keçirə bilər.

Məlumatda deyilir ki, həmçinin, Rusiyanın “İrAero” aviaşirkəti Novosibirskdən, Yekaterinburqdan və Kazandan Bakıya müntəzəm avireyslər həyata keçirəcək.

Aviareyslərin nə zamandan və həftədə neçə dəfə ediləcəyi barədə hələlik heç bir məlumat verilməyib.

Xatırladaq ki, “Azimut” hazırda Rusiyanın Mineralnıye Vodı, Həştərxan və Soçi şəhərlərindən Bakıya uçuşlar həyata keçirir. “İrAero” şirkəti isə həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirir. Həmçinin, “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam