Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“RUSİYANIN DAHA 2 GENERALI ÖLDÜRÜLDÜ” -Ukrayna Prezident Ofisi açıqladı

“Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbəsi zamanı işğalçıların iki generalı öldürülüb, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olub”.

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımından bildirib.

“Xerson vilayətində “referendum” təşkil etmək çox zərərlidir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün Oleksiy Arestoviç Ukrayna qüvvələrinin Xerson şəhərindən 20 km məsafədə olduğunu və bu şəraitdə “referendum”un baş tutmayacağını vurğulayıb.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam