Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ukrayna Baş Qərargahı:"Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"

“Moldovanın Dnestryanı bölgəsində gərginlik davam edir. Volın və Polissya ərazilərində aktiv hərəkət yoxdur. Belarus Silahlı Qüvvələri əsas səylərini Brest və Qomel vilayətlərində dövlət sərhədinin mühafizəsinə yönəldib”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Severski istiqamətində Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsinin gücləndirilməsi tədbirləri davam etdirilir: “Əsas səylər Vesele qəsəbəsi ərazisində qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldilib. Donetsk istiqamətində isə əsas səylər Rubijne qəsəbəsində tam nəzarəti bərpa etməyə istiqamətlənib. Düşmən şəhərə tam nəzarət etmək və ukraynalı müdafiəçilərin müqavimətini qırmaq üçün strateji aviasiyadan istifadə edir. Qarşı tərəfin hava kəşfiyyatı davam edir. Kuraxiv istiqamətində düşmən Marinka qəsəbəsi istiqamətində hücum əməliyyatları keçirib”.

Rəsmi informasiyaya əsasən, son sutka ərzində Rusiya qoşunlarının 7 hava hədəfi vurulub. Onlaran 5-i PUA, 1-i Ka-52 helikopteri, 1-i isə qanadlı raketdir. Təkcə Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunun qarşısını alıb. Həmçinin 13 tank, 8 artilleriya sistemi, 27 zirehli döyüş maşını, 2 xüsusi mühəndis texnikası və 5 texnika məhv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam