Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aytən Məmmədovaya hücumla bağlı Prezident və Vilayət Eyvazova müraciət edildi


Bakıda jurnalist Aytən Məmmədovaya qarşı edilən bıçaqlı hücumla bağlı mətbuat konfransı keçirilib.
Yenixeber.org: Mətbuat konfransı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov və jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş və Kamran Mahmudovun təşkilatçılığı ilə baş tutub.

Çıxış edənlər Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.
Qeyd olunub ki, Aytən Məmmədovanın məruz qaldığı hadisə onun, Nərmin Quliyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı baş tutan məhkəmə proseslərini ardıcıl işıqlandırması və bu istiqamətdə apardığı jurnalist araşdırması ilə birbaşa bağlıdır. Bildirilib ki, daha əvvəl də Aytən Məmmədova ilə əlaqə saxlanılıb və məhkəmə proseslərini işıqlandırmaması ilə bağlı “xəbərdarlıq” edilib. Onun azyaşlı övladı ilə hədələndiyi qeyd olunub.
Jurnalist Aynur Elgünəş bildirib ki, Aytən Məmmədovaya hücum edilən binanın hər iki girişində kameralar olub və onlar işlək vəziyyətdədir.
“Lakin hadisənin törədildiyi blokda elektrik kəsilib. Bu da hadisənin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam