Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Britaniya Ukraynaya mühasirədə olan sakinlərin təxliyəsi üçün zirehli maşınlar verəcək

 

Böyük Britaniya Ukraynaya mühasirədə olan sakinlərin təxliyəsi üçün zirehli maşınlar verəcək.

Yenixeber.org: Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

Nazir Ukraynaya 13 zirehli maşının təhvil veriləcəyini açıqlayıb. Onlardan Ukraynanın şərqindəki mühasirədə olan şəhərlərdən insanların təxliyəsi üçün istifadə olunacaq.

Britaniyada qeyd ediblər ki, bu zirehli maşınlar yüksək sürətli güllələrə, piyada əleyhinə minalara və əldəqayırma partlayıcı qurğulara tab gətirə bilir.

Onlar, həmçinin vəzifəli şəxsləri müvəqqəti komanda məntəqələrinə daşımaq və işçilərə dəmiryol xətlərinin yenidən qurulmasına kömək etmək üçün istifadə olunacaq.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Ali Radasında çıxışı zamanı deyib ki, ölkəsi Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketi ayırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam