Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Mariupolu blokodadan çıxarmaq üçün kifayət qədər texnika yoxdur"-"İkinci yol isə diplomatikdir,..."

                            "Mariupolu nə vaxt blokadadan çıxara biləcəyimizi demək çətindir".

Yenixeber.org: Ukrayna mətbuatı xəbər verir ki, bunu prezident Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Mariupoldakı bütün uşaqlar qələbə istəyir, blokadadan çıxmaq istəyirlər, düşmənə təslim olmaq fikrində deyillər", - Zelenski vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, Mariupolun blokadasını ya hərbi, ya da diplomatik yolla açmaq olar.

"Birincisi, ağır silahlı yardımdır ki, biz buna ümid edirik və birgə hərəkətlərlə Mariupolu blokadadan çıxara bilərik. Hələlik bu texnika bizdə kifayət qədər deyil. İkinci yol isə diplomatikdir, Rusiya bununla razılaşmır”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Zelenski Mariupolda vəziyyətin pisləşdiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam