Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda polis əməliyyatlar keçirib -10 kq-a yaxın narkotik və “Kalaşnikov” götürülüb

 

Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində isə sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirin təklifi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan Astara rayon sakini Vüqar Əmirli saxlanılıb. 13-cü Polis Bölməsinə gətirilən həmin şəxsin üzərindən 60 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Vüqar Əmirli ifadəsində paytaxt ərazisində kirayədə yaşadığı evdə narkotik maddələr saxladığını bildirib. Həmin ünvana baxış zamanı əlavə olaraq 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxs izahatında narkotik maddələri satışı ilə məşğul olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə əvvəllər dəfələrlə məhkum edilmiş Nardaran qəsəbəsi sakini Sabir Babayev saxlanılıb. Onun üzərindən və evinin yaxınlığındakı yarımtikilidən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 31 ədəd patron və 1 kiloqram 105 qram heroin aşkar edilib.

Faklarla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam