Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ucarda polis əməliyyat keçirdi -iki narkotacir və bir oğru saxlanıldı

 

Ucarda narkotiklərin satışında şübhəli bilinən iki nəfər və oğurluqda şübhəli olan bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən iki rayon sakini saxlanılıb. Araşdırmalarla onların Səfər Əliyev və Mirqədir Qasımov olduqları müəyyən edilib.

Saxlanılan zaman S.Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin, M.Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq maddi sübut götürülüb.

 

 

 

 

 

 

 

Dindirilmə zamanı hər iki şəxs cinayət əməlləri etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov da saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin gecə saatlarında obyektlərə qanunsuz daxil olduğu və zərərçəkmişlərə maddi ziyan vurduğu, cinayət yolu əldə etdiyi pulları isə xərclədiyi məlum olub.

Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Hər üç şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam