Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Zelenski -Fransa parlamentinə müraciət ünvanlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentini Ukraynaya kömək etməyə çağırıb. 

Yenixeber.org: Prezident bu barədə parlamentdə təşkil edilən telemarafonda bildirib.

Zelenski Fransaya Ukraynanın və dünyanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyi təklif edib.

"Təhlükəsizliyin sarsılmaz olacağına və həqiqətən də müharibə olmayacağına dair zəmanətlərə ehtiyacımız var. İnanıram ki, Fransa bu sistemdə aparıcı rol oynayacaq”, - Ukrayna lideri deyib.

O, Fransa parlamentinə silahlanmaya kömək etmək və növbəti sanksiyalar paketi hazırlamaq, eləcə də fransız şirkətləri vasitəsilə Ukraynadakı müharibəni maliyyələşdirməmək barədə çağırış edib.

"Biz sizdən, Fransadan və liderinizdən gözləyirik ki, Rusiyanı sülh axtarmağa vadar edə biləcəksiniz. Ümidvarıq ki, ərazi bütövlüyü bərpa olunacaq”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, martın 22-də Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə bir saat telefon danışığı aparıb. Bu, fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlanmasından indiyədək səkkizinci telefon danışığıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam