Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Efirdə etiraz edən qadın daha əvvəl müraciət yayıb:"Günahkar Putindir..." – VİDEO


 Rusiyanın “Birinci kanal”ının canlı efirində kanalın əməkdaşı, efir redaktoru Marina Ovsyannikova müharibə əleyhinə şüar nümayiş etdirib.
Yenixeber.org: Redaktor hadisədən daha əvvəl videomüraciət yayımlayıb.

Ovsyannikova videoda Kremlin təbliğatı ilə məşğul olduğu üçün utandığını bildirib:
“İndi Ukraynada baş verənlər cinayətdir. Rusiya isə təcavüzkar ölkədir. Və bu təcavüzə görə yalnız bir nəfər məsuliyyət daşıyır. Bu şəxs Vladimir Putindir. Mənim atam ukraynalıdır, anam rusdur. Rusiya bu qətliamı dərhal dayandırmalıdır. Təəssüf ki, mən son illər “Birinci kanal”da işləyirəm, Kremlin təbliğatını aparıram və indi bundan çox utanıram. Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün utanıram. Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram. 2014-cü ildə, bütün bunlar yeni başlayanda susmuşduq. Kreml Navalnını zəhərləyəndə biz mitinqlərə çıxmırdıq. Biz sadəcə olaraq bu anti-insani rejimi səssizcə seyr edirdik. İndi isə bütün dünya bizdən üz döndərib. Və bizdən sonra gələn daha on nəsil bu qardaş qırğınının rüsvayçılığını yuya bilməyəcək. Biz, rus xalqı, düşünür və ağıllıyıq, bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər”, - o bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam