Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Deqati:“Ermənistan Xocalı faciəsi haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”

Deqati: “Ermənistan Xocalı faciəsi haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”

“Ermənistan tərəfi Xocalı faciəsi haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”. Bu barədə Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati bildirib.

Yenixeber.org: Onun sözlərinə görə, ermənilərin Xocalıda törətmiş olduqları dəhşətlərin şahidi olduqdan sonra özünə borc bilirdi ki, bu barədə dünyaya danışsın, lakin erməni ictimaiyyəti buna maksimum mane olmağa çalışırdı. Bu məqsədlə onlar hətta real kadrların nümayiş olunduğu sərgiyə daxil olaraq şəkilləri məhv etmək cəhdləri də etmişdilər. Bununla belə Deqati qeyd edir ki, Azərbaycan Xocalı faciəsi ilə bağlı ədaləti bərqərar etmək üçün böyük işlər görür.

Fotojurnalist həmçinin şahidi olduğu bir sıra hadisələr barədə də danışıb. O, Xocalıda baş verən hadisədən sonra şəhərə buraxılmadığından cəsədlərinin gətirildiyi Ağdama yollandığını xatırlayır.

“Mən faciənin şahidi oldum: Xocalıdan qaçmış yüzlərlə insan orada toplaşmışdı. Hamı ağlayır, qaçır və şok içində idi. Çoxlu cəsəd də var idi. Onların çoxu güllələnməkdən savayı həm də eybəcər hala salınmışdı. Onlara işgəncə verilmişdi”, - 30 il əvvəl baş vermiş hadisələri xatırlayan Reza Deqati danışır.

Reza Deqati xatırlayır ki, hər gün oğlunu axtarmaq üçün morqa gələn qadın bir gün morqdan çıxaraq, gözləri çıxarılmış oğlunun cəsədini tapdığını bağırmışdı. Fotoqrafın sözlərinə görə, sonra həkimlərdən biri onun hələ sağ ikən gözlərinin çıxarıldığını və göz yuvalarından çoxlu qan axmasının bunu sübut etdiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam