Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəxtiyar Hacıyevin Cavanşir Feyziyevlə bağlı iddiası təmin edilmədi

İctimai fəal Bəxtiyar Hacıyevin deputat Cavanşir Feyziyev barəsindəki xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.
Yenixeber.org: Şikayətə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. B.Hacıyev Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) C.Feyziyevə cinayət işi başlanılmasını istəyib.
Feyziyevin vəkili deyib ki, jurnalistlərin təhqir edildiyi yazını Cavanşir Feyziyev yazmayıb və səhifə ona məxsus deyil.
Məhkəmədə qərar elan olunub. Qərara əsasən, Bəxtiyar Hacıyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət icraata götürməyib.
Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam