Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GUAM:"Ukraynanı dəstəkləmək məsələsində vahid mövqedəyik"

GUAM: Ukraynanı dəstəkləmək məsələsində vahid mövqedəyik

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Ukraynakı vəziyyətlə bağlı açıqlama yayıb.

Yenixeber.org: Bu barədə təşkilatın sosial şəbəkədəki səhifəsində tvit paylaşılıb.

“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək məsələsində möhkəm və vahid mövqedəyik. Biz Ukrayna xalqına milli konsolidasiya, birlik və sülh arzulayırıq”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam