Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni ordusunda rüsvayçılıq:Fərari komandir 20 hərbçinin ölümünə səbəb olub

Erməni ordusunda rüsvayçılıq:  Fərari komandir 20 hərbçinin ölümünə səbəb olub
Ermənistanda İkinci Qarabağ Müharibəsi zamanı 20 hərbçinin ölümünə səbəb olmuş mayor haqqında cinayət işi açılıb.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanları döyüş meydanından qaçan keçmiş qondarma rejimin hərbi hissələrindən birinin artilleriya taborunun qərargah rəisinə qarşı ittiham irəli sürüblər.
Mayor G.G. müharibə zamanı və ya döyüş şəraitində xidmətə səhlənkar münasibətdə ittiham olunur. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, 2020-ci il oktyabrın 12-də Füzuli yaxınlığında, Cuvarlı sektorunda gedən döyüşlər zamanı sözügedən diviziyanın birinci batareyasının mövqelərinə Azərbaycan bölmələri tərəfindən hücum edilib. Bölmənin komandiri olan mayor intensiv atəş altında qalan şəxsi heyətin müdafiəsini təşkil edib köməyə gəlmək əvəzinə, hamısını ərazidə başsız qoyaraq, “QAZ 33081” markalı hərbi yük maşını ilə döyüş meydanından qaçıb. Yaranan xaos nəticəsində hərbi qulluqçular müqavimət göstərə bilməyib, nəticədə 20 əsgər qısa müddətdə həlak olub.

Mayor G.G.-nin işi ilə bağlı epizod üzrə ibtidai istintaq yekunlaşıb, ittiham aktı ilə iş Zəngəzur rayon ümumi yurisdiksiya məhkəməsinə verilib. İstintaqın qalan hissəsi davam etdirilir, 2020-ci ilin oktyabr ayında qeyd olunan ərazidə baş vermiş faciəvi hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsi istiqamətində tədbirlər görülür,- məqalədə yazılıb.

Xatırladaq ki, ötən il Füzulidəki adıçəkilən ərazidə məhv edilmiş hərbçilərin yaxınları yüksək rütbəli zabiti kütləvi ölümlərdə ittiham etmişdilər. Onlar, xüsusən də keçmiş qondarma rejimin "Müdafiə Ordusu"nun komandanı olmuş Cəlal Arutyunyan və artilleriya rəisi Gennadi Bağdasaryanı Füzuli yaxınlığında bütöv bir bölmənin məhv edilməsinə səbəbkar bilirdilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam