Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Məni küçədə avtomatla görmüsünüz?" -Paşinyandan Lukaşenkoya cavab


Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan ilə bağlı açıqlamasına Rəsmi İrəvan sərt reaksiya verib.
Yenixeber.org: “charter97.org” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı danışıb.

Paşinyan bildirib ki, Lukaşenko dünya siyasətində fikrini dinləməyə dəyər fiqur deyil. Paşinyan arqument olaraq prezident seçkilərindən sonra etirazlar zamanı Lukaşenkonun Kalaşnikov avtomatı ilə Minsk ətrafında necə hərəkət etdiyini xatırladıb:
"Ermənistanda hadisələr baş verib: siz heç mənim küçələrdə avtomatla gəzdiyimi görmüsünüz?"
Paşinyanın sözlərinə görə, Ermənistanı Belarusla müqayisə etmək olmaz, çünki birincisi demokratik dövlətdir, ikincisi isə yox. O bildirib ki, Lukaşenko sadəcə olaraq erməni demokratiyasına və onun dünya səhnəsində tanınmasına paxıllıq edir:
“Ermənistanı demokratiya sammitinə dəvət edəndə, başqa dövlətlər dəvət olunmayanda onlar inciyirlər. Ermənistana demokratik ölkə deyəndə, amma onları belə adlandırmayanda, inciyirlər. Ermənistanda hakimiyyətin legitim, öz ölkələrində isə qeyri-legitim olduğunu deyəndə, inciyirlər”.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko “Solovyev Live” YouTube kanalına müsahibəsində postsovet məkanının böyük hissəsinin ittifaq dövlətinə birləşməsi ehtimalını şərh edərkən Ermənistan haqqında bəzi fikirlər səsləndirib. “Ermənistanın getməyə yeri yoxdur. Səncə, onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər, Nikol Vovayeviç (Paşinyan –red.) bunu görüb” -, deyə Lukaşenko bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam