Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Əlillərin müalicə aldığı mərkəz bağlanıb-SƏBƏB

Bakıda əlillərin müalicə aldığı mərkəz koronavirusa görə bağlanıb

Bakıda əlillərin müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, son günlər müəssisədə müalicə alan bir neçə şəxsdə COVID-19 virusu aşkarlanıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, virusun yayılmaması üçün müəssisəyə qəbul yanvarın 31-dək dayandırılıb: "Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq".

Qeyd edək ki, 50 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslər həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam