Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Omicron ştamından ölüm halları yüksək deyil" -ÜST

Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un Omicron ştamı qeydə alınıb.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.

“Omicron ştamı artıq Qərbi Avropada ən çox yayılan virusa çevrilir və indi Balkanlarda yayılmaqdadır”, - Kluqe qeyd edib.

O bildirib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu Omicrona yoluxacaq.

ÜST rəsmisi vurğulayıb ki, bu ştam çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil: “Omicron insan hüceyrələrinə daha asan yapışan mutasiyadır. Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də Omicrona yoluxa bilər. Ancaq bir daha qeyd edim ki, hazırda təsdiqlənmiş peyvəndlər Omicron da daxil olmaqla ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunma təmin edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam