Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Yaponiya alimləri -koronavirusu göstərə bilən maska hazırlayıblar

Yaponiya alimləri koronavirusu göstərə bilən maska hazırlayıblar

Yaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri COVID-19-la bağlı yoxlama prosesində mühüm irəliləyiş əldə ediblər.

Yenixeber.org: Bu barədə “Haber Global” xəbər verir.

Məlumata görə, Yasuxiro Sukamotonun rəhbərlik etdiyi qrup COVID-19 diaqnozu qoya bilən üz maskası hazırlayıb.

Alimlərdən ibarət qrup üzvləri koronavirusun aktiv və təhlükəli olmayan formasını dişi dəvəquşunun bədəninə yeritməklə, quşların yumurtalarından yüksək miqdarda antitel çıxara bilib. Hazırladıqları xüsusi filtri üz maskasına əlavə edən mütəxəssislər dəvəquşu yumurtalarından əldə edilən COVID-19 antitellərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar.

Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsinə nail olan alimlər qoruyucu vasitədən istifadə edən şəxs virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini qeyd ediblər. Maskanın 10 günlük sınaq müddətində COVID-19-a yoluxmuş 32 subyektdə virusu aşkarlaya bildiyi açıqlanıb.

Virusun mövcud olduğunu göstərən parlaqlıq ən çox üz və burun nahiyələrində müşahidə olunub.

Qeyd edilir ki, yeni maska gələn il aidiyyəti orqanların rəsmi razılığından sonra istifadəyə verilə bilər. Məlumata görə, yeni maska ​​hər kəs üçün əlçatan olsa, COVID-19-un testi prosesində yeni zəmin yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam