Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Yeni dələduz qardaşlar peyda olub - FOTOLAR

Azərbaycanda yeni dələduz qardaşlar peyda olub – FOTOLAR 

“Bakıda dələduz qardaşlar – Şahin və Pərviz Rəcəbovlar müxtəlif müəssisə və təşkilatlara hesab-faktura göndərib, daha sonra maliyyə şöbəsinə zəng edərək, təcili ödəniş etməli olduqlarını, ödəniş olunmazsa, sayt və mail xidmətlərinin dayandırılacağını qeyd edir”.

Yenixeber.org: Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin şəxslər eyni zamanda rəhbərliyin adından istifadə edərək ödənişin razılaşdırıldığını və ödənişin gecikdiyi üçün dərhal edilməli olduğunu qeyd edir.

Hesab faktura dələduzluq vəziyyətindən qorunmaq üçün ifadələr yayındırılmış formada göstərilib. Dələduzluq fəaliyyətinin üstü açıldıqda isə dələduzlar vəziyyətdən çıxmaq üçün təkliflərinin hostinq xidməti deyil sadəcə şirkət məlumatlarının başqa saytda yerləşdirdiklərini (kataloq kimi) və buna görə ödəniş istədiklərini qeyd edirlər.

Vətəndaşlardan və zərərçəkmişlərdən bənzər hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına şikayət etməkləri xahiş olunur.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam