Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb

Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb

"Ötən ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir".

Yenixeber.org: Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

“Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə aparılan tədqiqatın nəticələrini açıqlayan alim qeyd edib ki, 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı (167,1%) olub: "Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb. 2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam