Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Balakəndə yaşadığı ünvanı tərk koronavirus xəstəsi saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, vətəndaş Məcid Fərzəliyevin  “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə şəhər ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan  M.Fərzəliyev barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam