Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sabah ilin sonuncu -Ay tutulması olacaq

Sabah ilin sonuncu Ay tutulması olacaq   
Sabah bu ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.
Yenixeber.org: Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam