Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

GENERALLAR DÖYÜŞLƏRLƏ BAĞLI YENİ DETALLARI AÇIQLADI -VİDEO

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

Yenixeber.org: General-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib: "Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.

Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".


Qeyd edək ki, filmdə DSX-nın 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbələr endirməsi, döyüş əməliyyatları, dövlət sərhədinin bərpası istiqamətində ölüm-qalım savaşlarının detalları, yüksəkliklərin geri qaytarılması haqda indiyədək bilinməyən, deyilməyən məqamlar haqda danışıblar.

Flmin tam versiyasını da təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam