Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda sanatoriya -kurortlara pulsuz yollayış verilməsi dayandırılıb

 

Azərbaycanda ötən il kurort-sanatoriyalara 254 pulsuz yollayış verilsə də, bu il bütün yollayışları dəyəri tam və qismən (15%) ödənilməklə verilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xəbər verir.

Məlumata görə, bu tendensiya gələn il də davam etdiriləcək, yəni pulsuz yollayış verilməyəcək.

2020-ci ildə Azərbaycanda ümumi dəyəri 5,219 milyon manat təşkil edən 4 180 yollayış verilib. 1 yollayışın qiyməti 1 249 manat təşkil edib. Amma yollayışların 1,622 milyon manatlıq hissəsi və yaxud 428-i dəyəri qismən ödənilməklə satılıb.

2021-2022-ci illərdə isə ölkədə ümumi dəyəri müvafiq olaraq 16 milyon manat təşkil edən 11 955 yollayışın və 20,8 milyon manat təşkil edən 13 183 yollayışın veriləcəyi gözlənilir. Beləliklə, 1 yollayışın qiyməti müvafiq olaraq 1 338 manat və 1 578 manat təşkil edəcək. Amma bu il yollayışların 5,66 milyon manatlıq hissəsi və yaxud 2 168-i, gələn il isə 7,48 milyon manatlıq hissəsi və yaxud 2 558-i dəyəri qismən ödənilməklə satılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam