Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İqtisadiyyat Nazirliyinin -“Telegram” kanalının rusdilli versiyası işə düşüb

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rusdilli versiyası işə düşüb

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi “Telegram” platformasında fəaliyyətini daha da genişləndirir.

Yenixeber.org: Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” adlı kanal mövcuddur (

https://t.me/economy_az

) və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır.

İndi isə həmin kanalın rus dilində “Экономика Азербайджана” versiyası fəaliyyətə başlayıb. (

https://t.me/economy_azru

)

Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq. “Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlara “Telegram” tətbiqindən və ya kompüterlərdə veb-versiyadan istifadə etmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam