Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elektromobillər küçədə təmassız şarj olunacaqlar- FOTOLAR

Elektromobillər küçədə təmassız şarj olunacaqlar-   FOTOLAR

İngiltərənin "Char.gy" şirkəti elektromobillər(Elektriklə çalışan yeni nəsil avtomobilləri-red.) üçün simsiz şarj cihazlarının 12 aylıq sınaqlarına başlayıb. 
Yenixeber.org: Bu barədə "The Sunday Times Driving" məlumat yayıb.
Testlər induksiya doldurma avadanlığı ilə təchiz edilmiş 10 "Renault Zoe" elektromobili üzərində aparılacaq. Avtomobilin altındakı lövhələr dayanacaqda quraşdırılmış xüsusi simsiz şarj aləti ilə uyğunlaşdırılacaq.
Şarj etmə prosesi yalnız bir elektromobil onun üstündə dayananda aktivləşir. Qeyd olunur ki, elektromobillərin simsiz şəkildə yanacaqla təmin edilməsi texnologiyası Almaniyanın "IPT Technology" şirkəti ilə "Warwick" Universiteti (Böyük Britaniya-red.) arasında əməkdaşlıq nəticəsində hazırlanıb.




"Char.gy" məlum yeniliklə bağlı bəyan edib ki, "Bu yeni şarj həlli tezliklə avtomobilini qarajlarında doldurmaq imkanı olmayanların küçələrdə öz maşınlarını kabel olmadan belə səmərəli şəkildə şarj edə biləcəyi mənasını verir".



Xatırladaq ki, bundan öncə "Mahle Powertrain" və "Allotrope Energy", cəmi 90 saniyədə doldurula bilən lityum karbonlu batareya hazırlamışdılar.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam