Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DOĞUM GÜNÜ NƏŞİ TAPILAN ŞƏHİDİMİZ... –Şəhid Sənan Abdullayevə qısa film həsr edilib + VİDEO

Vətən Müharibəsi şəhidi Sənan Abdullayevə qısa film həsr edilib. “Qafqazinfo” xəbər verir ki, filmdə şəhidimizin Vətən Müharibəsinə yollananadək keçdiyi ömür yolu dostlarının, iş yoldaşlarının dilindən izləyicilərə təqdim edilib.

Yenixeber.org: Vətən uğrunda canını verən bir çox şəhidimiz kimi, Sənanı da cəbhəyə Tovuz döyüşləri səsləyib. Məhz Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılan Sənan sentyabrın 30-da döyüşlərə yollanıb.

O, Füzulinin düşmən tapdağından azal edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də snayper gülləsinə tuş gələn igidimiz şəhidlik zirvəsinə ucalıb. Onun nəşi doğum günündə - noyabrın 1-də tapılıb və noyabrın 20-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Daha ətraflı “Sənanın hekayəsi”ndə:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam