Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vətən müharibəsi şəhidi ilə -vida mərasimi keçirilir

Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovun nəşi xəstəxanadan götürülərək Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə aparılıb.

Yenixeber.org: Hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirlər.

Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Hüseyn Xəlilov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam