Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Taliban” yaraqlıları bu tərcüməçinin başını kəsdi-SƏBƏB

Əfqanıstanda ABŞ qoşunlarının çıxması ilə bərabər  sürətlə ölkə ərazilərinin böyük hissəsinə nəzarəti ələ keçirən “Taliban” yaraqlıları Birləşmiş Ştatlar ordusu üçün tərcüməçilik edən Soahil Pardis adlı əfqanın başını kəsiblər. 

Yenixeber.org: Məlumata görə, tərcüməçiyə Kabil yaxınlığındakı blok-postlardan birində hücum ediblər. Şahidlər deyiblər ki, taliblər Pardisin avtomobilini dayandırmaq istəyiblər, amma o qaçıb gizlənmək istəyib. Bu vaxt taliblər tərcüməçinin avtomobilinə atəş açıblar, sonra onu avtomobildən sürüyüb çıxarıblar və ətrafdakıların gözü qarşısında onun başını kəsiblər.

Hadisədən az əvvəl Pardis dostlarına deyibmiş ki, həyatı üçün qorxur. Çünki “Taliban” nümayəndələri onun 16 ay ərzində amerikalılarla işlədiyini öyrəniblər. “Onlar Pardisə deyiblər ki, o casusdur və özünü, bütün ailəsini öldürəcəklər”,-başı kəsilənin dostu CNN-ə bildirib.

Bundan əvvəl “Taliban”ın siyasi qanadının nümayəndələri Moskvada keçirdikləri mətbuat konfransında ABŞ-a işləyən tərcüməçilərə divan tutmayacaqlarını demişdilər. Əfqanıstanda minlərlə adam ABŞ qoşunları üçün tərcüməçilik edib və indi amerikalılar geri çəkilərkən onların taleyinin necə olacağı sual altındadır. Bu günlərdə ABŞ hökuməti tərcüməçilərin təyyarələrlə ölkədən çıxarılması və ilkin olaraq Quam adasında yerləşdirilməsi planının işə salındığını açıqlamışdı.(CNN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam