Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

COVID-19 pasportu olmayanlar -toya buraxılmadı

COVID-19 pasportu olmayanlar toya buraxılmadı

Kürdəmirdə polis şadlıq evlərində profilaktiki tədbirlər keçirib.

Kürdəmir Rayon Polis Şöbəsindən Yenixeber.org-a verilən məlumata görə fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirilib. Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşları da iştirak edib.

Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi qaydalarını pozduqlaına görə “Miraj” və “Nicat” şadlıq evlərinin hər ikisi ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 4000 manat cəriəmə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam