Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

XİN: -"Ermənistanın Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır"

 

"Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır".

Yenixeber.org: Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Tarixi özünün “güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də “tarixi”xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil.

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı.

Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı “revanşizm abidəsi” adlandıran Ermənistan XİN-i, unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!

Yekunda vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallşdırmaq üçün tarixdə saysız-hesabsız “kəşflərin” müəllifi olan Ermənistanın yeni “icadına”ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir", - L.Abdullayeva əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam