Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Polis İsmayıllıda əməliyyat keçirib -saxlanılanlar var

Polis İsmayıllıda əməliyyat keçirib, saxlanılanlar var

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir sıra əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini Elman Dadaşov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Cavanşir Süleymanov və Vüsal Heydərov saxlanılıb. V.Heydərovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən narkotik tərkibli çətənə bitkisi və 283 qram qurudulmuş marixuana, C.Süleymanovun həyətyanı sahəsindən 3 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam