Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DOLLARIN SATIŞINA NİYƏ MƏHDUDİYYƏT QOYULUR? -İqtisadçı səbəbləri AÇIQLADI

“Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir”.

Yenixeber.org: Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev səsləndirib.

Onun sözlərinə görə, banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, qurum bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir.

Bu məsələnin internetdə problemə çox oxşadığını deyən ekspert qeyd edib ki, problemlə olduqda, onu ATS-lərlə provayderlər bir-birinini üstünə atırlar: “Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”.

S.Əliyev, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırmasının anlaşılmaz olduğu qənaətindədir: “Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir”.

İqtisadçı-ekspert, qarşıda 2 yol olduğunu diqqətə çatdırır: “Ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, hm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam