Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Almaniyadan Fransaya qaçan -azərbaycanlı ailə saxlanılıb

Almaniyada qaldıqları qaçqın yataqxanasını icazəsiz tərk edərək Fransaya qaçmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Almaniya-Fransa sərhədinə yaxın ərazidə saxlanılıblar.

Yenixeber.org: Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki bir qaçqın yataqxanasında qalan və barələrində deportasiya qərarı çıxarılan ailə ötən gün Fransaya qaçamağa cəhd göstəriblər. 3 nəfər ailə üzvü Türkiyə vətəndaşının idarə etdiyi “TIR”ın yük yerində gizləniblər. Yük avtomobili Almaniya-Fransa sərhədində yerləşən bir yanacaqdoldurma məntəqəsinə daxil olan zaman yük yerində olan azərbaycanlılar düşərək yaxınlıqdakı marketə gediblər. Bu hadisə yanacaqdoldurma məntəqəsində işləyən satıcının diqqətini çəkib və o, polisə məlumat verib.

“TIR” hərəkətə etdikdən sonra iki polis avtomobili tərəfindən saxlanılıb. Yük yerində gizlənən azərbaycanlı ailə saxlanılaraq Miqrasiya İdarəsinə təhvil veriliblər. Sürücü polisə verdiyi ilkin ifadəsində yük yerində gizlənən şəxsləri tanımadığını bildirib.

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, pandemiya dövründə sərhəd yoxlamasına baxmayaraq Almaniyadan Fransaya qaçaq yollarla getmək istəyən əcnəbilərin sayında artım qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam